72
01:55
20 Yanvar 2016

Türkiyədəö 600-dən çox PKK terrorçusu öldürülüb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 20-də Şirnak əyalətinin Cizrə şəhərində 15, Diyarbəkirin Sur rayonunda isə bir PKK terrorçusunun məhv edildiyini bildirib. Beləliklə dekabrın ortalarından davam edən antiterror əməliyyatı zamanı öldürülən PKK terrorçularının sayının 600 nəfəri keçdiyi bildirilir.

“Cizrədə 16 PKK terrorçusu məhv edilib, ümumilikdə isə bu şəhərdə əməliyyat dövründə 352 silahlı öldürülüb. Daha bir terrorçu Sura şəhərində məhv edilib, ümumilikdə isə əməliyyat dövründə bu şəhərdə 103 terrorçu öldürülüb”, məlumatda bildirilir. Terrorçulardan “Kalaşnikov” avtomatlarının və partlayıcı qurğularının götürüldü bildirilir.

Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Silopidə əməliyyat dövründə 136 terrorçunun, Nusaybin və Darkeçiddə isə 20-dən çox silahlının öldüyünü bildirib.