27
23:58
19 Yanvar 2016

Ərdoğan və Obama İŞİD-lə mübarizəni müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun amerikalı həmkarı Barak Obama arasında telefon danışığı olub. APA -nın xəbərinə görə, bu barədə “Hurriyet”ə Türkiyə prezidenti administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, Obama Ərdoğana İstanbulda və Diyarbəkir əyalətində törədilən terror aktlarında həlak olanlarla bağlı başsağlığı verib. Mənbənin məlumatına görə, ölkə liderləri İŞİD və PKK terror qruplaşmaları ilə mübarizəni davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər.

Qeyd edək ki, yanvarın 24-də ABŞ vitse-prezidenti Cozef Bayden Türkiyəyə səfəri planlaşdırılıb. Səfər çərçivəsində Bayden Ərdoğan və XİN rəhbəri Əhməd Davudoğlu ilə görüşəcək. Danışıqlarda Türkiyə-ABŞ əlaqələri, terrorçuluqla mübarizə məsələləri müzakirə ediləcək.