59
23:23
19 Yanvar 2016

Naxçıvanın İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirildi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilib.

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün sərəncam verib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi adlandırılıb.

V. Talıbovun digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Satınalamalar üzrə Dövlət Agentliyi ləğv edilib, onun səlahiyyətləri İqtisadiyyat Nazirliyinə verilib.