61
22:02
19 Yanvar 2016

Yeni büdcə layihəsində neft 30 dollardan götürülüb

2016-cı il üçün Azərbaycanın dövlət büdcəsinin yeni layihəsi hazırlanır.

"APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov deyib ki, sənəd neftin yeni, real qiymətlərinə uyğunlaşdırılır: "Büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək, yəni təsdiq olunmuş dövlət büdcəsindəki rəqəmdən 20 dollar aşağı".