39
21:58
19 Yanvar 2016

Əməkdar artistin oğlunu polis saxladı- “O adam məni maraqlandırmır”

Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən saxlanılıb.

Əməkdar artist ans press-ə oğlunun saxlanıldığını təsdiqləyib. Amma Rəhman Rəhmanov oğlu ilə danışmadığını deyib: “O adam məni maraqlandırmır. Bir aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!”

Əlavə edək ki, aktyorun oğlu 2008-ci ildə də soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub və 6 il azadlıqdan məhrum edilmişdi.