42
23:58
30 Dekabr 2015

əl-Abadı: “Türkiyə vədinə əməl etmir”

Rəsmi Ankara İraqın şimalından qoşunlarının çıxarılmasına dair razılaşmanın şərtlərinə əməl etmir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

Onun sözlərinə görə, İraqa səfər edən Türkiyə rəsmiləri hərbçilərin çıxarılmasını vəd etsələr də, türk hökuməti əldə olunan razılaşmaya hörmətsizliklə yanaşır. əl-Abadı Türkiyə hərbçilərinin ölkənin şimalından dərhal çıxarılmasına çağırıb.

Qeyd edək ki, Türkiyə dekabrın 4-də 130 hərbçidən, tanklardan və artilleriyadan ibarət birləşməsini İraqın Mosul şəhəri yaxınlığında yerləşdirib. Türkiyə rəhbərliyi bu addımın İŞİD hücumuna qarşı təhlükəsizliyi artırmaq məqsədi daşıdığını bildirib.