50
18:59
30 Dekabr 2015

Müğənni Röyaya fəxri ad verildi - SƏRƏNCAM - YENİLƏNİB

Müğənni Röya Ayxan "əməkdar artist" fəxri adı alıb.

Lent.az -ın məlumatına görə, dövlət başçısı İlham Əliyev bu gün bununla bağlı sərəncam imzalayıb. Sərəncama görə, Nəcəfova Röyalə Yaqub qızı "əməkdar artist" fəxri adı ilə təltif edilib.

Lent.az -a açıqlama verən ifaçı bildirib ki, xəbərdən çox sevinib: “Mən bunu gözləyirdim, həm də bu ada doğru gedirdim. Bu mənim üçün çox şərəfli bir fəxri addır. Hər zaman mənə dəstək olan xalqıma, sevənlərimə, bu adı mənə layiq bilən şəxslərə minnətdaram. Yaxşı ki, varsınız. Bu mənim üçün böyük bir stimul oldu”.

Qeyd edək ki, "Əməkdar artisti" fəxri adı alanlar arasında bəstəkar Vüqar Camalzadə də var.