74
17:27
30 Dekabr 2015

Nardaran Polis Bölməsində yeni təyinat

Nardaran qəsəbəsində yeni yaradılmış 42-ci Polis Bölməsinə təyinat olub.

APA-nın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəis müavini Tərxan Əhmədov tutduğu vəzifədən azad edilərək 42-ci Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl açılışı olan 42-ci Polis Bölməsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovniki Azər Cahangirova həvalə edilib.