19
12:32
30 Dekabr 2015

Yol Polisindən sürücülərə BAYRAM MÜRACİƏTİ

Baş Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib.

İdarədən APA -ya verilən məlumata görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə respublikanın avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi artacaq. Bununla əlaqədar BDYPİ-i hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə, xüsusilə sürücüləri bayram günlərində sərxoş halda sükan arxasında əyləşməməyə, rayonlara səfərə çıxanlara isə müəyyən edilmiş sürət həddinə diqqət etməyə çağırıb.