81
11:32
30 Dekabr 2015

Dərbənddə turistlərə hücum: 1 ölü, 11 yaralı - YENİLƏNİB

Dərbənddə silahlı insident zamanı ölən şəxsin hərbi xidmətdə olan rus əsgəri olduğu məlum olub. Dərbənddə yaşayan jurnalist Telman Tahirlinin Lent.az -a verdiyi məlumata görə, hadisə gecə saatlarında, turistlərin Narın-Qaladakı oteldə dincələn zamanı baş verib. “Priora” markalı qara maşın qəfil qalaya yaxınlaşıb və içindən düşən silahlı şəxslər turistlərə atəş açmağa başlayıb.

***

11:02

Dərbənddə turistlər atəşə tutulub. Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə insident Narın-Qalada baş verib. Naməlum şəxs qalada ekskursiyaya gəlmiş turistlərə dəfələrlə atəş açıb və hadisə yerindən qaçıb.

Rusiyanın HTB kanalının yaydığı məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Faktla bağlı cinayət işi açılıb və axtarış gedir.