23
06:23
30 Dekabr 2015

Sumqayıtda mənzildə yanğın, zərərçəkən var

Sumqayıtda mənzildə yanğın hadisəsi baş verib. Lent.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxinə yığılmış 6 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər tüstüdən zəhərlənərək mənzildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.