33
16:08
29 Dekabr 2015

Pakistanda terrorçu özünü partlatdı: 29 ölü

Pakistanın Peşavar şəhərindəki Daxili İşlər Nazirliyi pasport-viza xidmətinin binasında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 29-a çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Geo Tv” telekanalı məlumat yayıb.

Məlumata görə, xəstəxanalara gətirilən yaralıların sayı 40-dan çoxdur.

Tibb işçiləri ölü sayının artacağını istisna etmirlər.

Terror aktına görə məsuliyyəti "Taliban"la bağlılığı olan “Camaat ul Əhrar” qruplaşması öz üzərinə götürüb.