34
15:10
29 Dekabr 2015

Prezervativ satan aparat partladı: ölən var

Almaniyanın Şopinqen şəhərində maraqlı hadisə baş verib. Lent.az -ın ouest-France saytına istinadən xəbərinə görə, 29 yaşlı alman bayram günü prezervativ satan avtomatın partlaması nəticəsində həyatını itirib.

İstintaq məlumatına görə, 3 nəfər prezervativ satan avtomatı partladaraq ordakı pulları götürmək istəyib. Lakin əldəqayırma qurğu vaxtından tez partlayaraq biri ağır olmaqla 3 nəfəri yaralayıb. Cinayət ortaqları ağır yaralı şəxsi xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, partlayış zamanı qurğu çox sayda iti metal hissələrə bölünüb.