38
13:48
29 Dekabr 2015

Türkiyə Rusiyanı qarayaxma kampaniyası aparmaqda ittiham edib

“Türkiyənin “Krım Tatar Batalyonu, Noman Çelebicihan Batalyonu” kimi könüllü birliklərə dəstək verməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

“Bu əsassız iddialarla yanaşı, Moskvanın “Rusiya bir daha arxadan vuruldu” tipli açıqlamaları son dövrlərdə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının davamıdır”, - deyə o vurğulayıb.

T. Bilgiç həmçinin Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqını tanımadıqlarını da diqqətə çatdırıb: “Türkiyə Krım tatarlarının haqq və azadlıqlarının qorunması istiqamətindəki cəhdlərini davam etdirəcək”.