61
13:19
29 Dekabr 2015

Nura Suri: "Bu il yaradıcılığımda yaxşı işlər oldu"

Azərbaycanlı müğənni Nura Suri 2015-ci ilindəki fəaliyyətindən danışıb. Lent.az -a açıqlama verən ifaçı bildirib ki, sona çatan il onun üçün uğurlu keçib: “Bu il sənətimdən çox razı oldum. Hər kəs üçün böyük faciələr yaşandı və buna mən də çox üzüldüm. Amma yaradıcılığımda çox yaxşı işlər oldu. İlin əvvəlini nəzərə almasaq, sonuna lap az qalmış üç önəmli mükafata sahib oldum. Azərbaycan Güləş Federasiyasını Fəxri Diplomunu aldım, “İlin şarmlı ifaçısı” adını qazandım və “Number One” mükafatına layiq görüldüm”. Mənə qiymət verən hər kəsə çox minnətdaram. Ümid varam ki, 2016-cı il də bu cür uğurlu keçər”.