53
01:19
29 Dekabr 2015

Rusiyada nənə və nəvələri evdə yanaraq öldü

Moskva vilayətinin Odintsovo şəhərində dəhşətli yanğın hadisəsi baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yaşayış evində baş verən yanğın zamanı mənzildə olan 3 nəfər – nənə və onun 2 və 4 yaşlı nəvələri yanaraq ölüblər.

Ehtimal edilir ki, yanğına səbəb odla ehtiyatsız davranma olub. Faktla bağlı araşdırma aparılır.