44
00:12
29 Dekabr 2015

FHN bazardakı yanğınla bağlı məlumat yaydı

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Lent.az -ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ucar şəhərində ümumi sahəsi 10000 kv.m olan ticarət mərkəzində sahibləri məlum olmayan, bir-birinə bitişik, arakəsmə divarı lambirdən ibarət 5 ədəd ticarət köşkünün yanar konstruksiyaları 76 kv.m sahədə yanıb.

Digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.