63
23:28
28 Dekabr 2015

Ronaldinyonun yeni klubu bəlli oldu

Məşhur braziliyalı futbolçu Ronaldinyonun yeni klubu bəlli olub. Apasport.az saytının məlumatına görə, adı Türkiyədən “Antalyaspor”la anılan ulduz oyunçu karyerasını Uruqvayda davam etdirəcək.

Bu barədə “Rasinq Klub de Montevideo” komandası məlumat yayıb. Klubdan verilən açıqlamada tərəflər arasında anlaşmanın 2016-cı ilin iyununa kimi nəzərdə tutulduğu bildirilib.