61
16:16
28 Dekabr 2015

Müsavatla deputatın məhkəmə çəkişməsinin vaxtı bilindi

Müsavat Partiyasının Milli Məclisin deputatı Naqif Həmzəyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin vaxtı məlum olub.

Müsavat Partiyasından APA -ya verilən məlumata görə, iddia ilə bağlı yanvarın 14-də Gəncə şəhərinin Nizami rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək.

Müsavat Partiyası Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevi Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətini alçaltmaqda günahlandırır.