46
11:18
28 Dekabr 2015

Holland futbolçu "Qarabağ"ı hədələdi: "Onlara baha başa gələcək"

“Qarabağ”dan ayrılmağımla bağlı xəbərlərin haradan qaymaqlandığını bilmirəm. Mənə yanvarın 5-də komandanın düşərgəsində olmağımı deyiblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Raydell Pupon deyib.

28 yaşlı hollandiyalı hücumçu vətənində verdiyi açıqlamada Ağdam təmsilçisi ilə yollarını ayırması barədə informasiyalara aydınlıq gətirib.

Pupon hollandiyalı həmkarlarımıza açıqlamasında “Qarabağ”a bağlı olduğunu bildirib: “Həmin gün Antalyada təlim-məşq toplanışı keçmək üçün komandaya qoşulacağam. Mən bu komandaya oynamaq üçün gəlmişəm. Gələcəyimi düşünərək, oynamaq fikrindəyəm. “Qarabağ”ın mənimlə vidalaşıb-vidalaşmaq istəmədiyindən xəbərim yoxdu. Mənə bu haqda heç nə deyilməyib. Əgər onlar həqiqətən də mənimlə yollarını ayırmaq istəyirsə, bu, onlara böyük məbləğə başa gələcək”.

Qeyd edək ki, Raydel bu ilin yayında “Qarabağ”a keçib.