57
09:27
28 Dekabr 2015

Manat dollar və avroya qarşı yenə ucuzlaşdı

Bu gün dekabrın 25-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 28-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 25-i ilə müqayisədə 0,14% və ya 0,0021 manat artaraq 1,5561 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,21% və ya 0,0036 manat artaraq 1,7079 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi dekabrın 25-də olduğu kimi 0,0221 manat səviyyəsində qalıb.