32
10:11
27 Dekabr 2015

Azərbaycanda yük maşını yandı

Neftçala rayonunda yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürkənd kəndində vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.