24
07:41
27 Dekabr 2015

Bakıda binada yanğın, 30 sakin təxliyə edildi

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində baş verib. Nəticədə elektrik kabeli 15 p.m yanmış və ümumi sahəsi 5 kv.m olan plastik konstruksiyadan ibarət köməkçi otaq qarsalanıb. Yanğın zamanı 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.