26
15:32
26 Dekabr 2015

Evdən oğurluq edən şəxs ələ keçdi

Pirşağı qəsəbəsində evdən oğurluq edən şəxs tutulub.

Lent.az -ın DİN-in saytına istinadən məlumatına görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də rayonun Pirşağı qəsəbəsində yaşayan Bahar Babayevanın evindən məişət əşyaları oğurlamış qəsəbə sakini Ələsgər Sultanov saxlanılıb.