24
14:02
26 Dekabr 2015

Əvvəl 6 aylıq körpəsini tulladı, sonra özünü atdı – DƏHŞƏT

Moskvanın cənub-qərbində dəhşətli intihar hadisəsi baş verib.

Lent.az -ın TASS.ru-a istinadən məlumatına görə, təxminən 50 yaşlarda olan qadın evdəki dayəni dükana yollayaraq, əvvəlcə 6 aylıq körpəsini yaşadıqları 6-cı mərtəbədən tullayıb, ardında da özünü ataraq intihar edib.

Ana və körpəsi hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, qadın əri tərəfindən tərk edildiyi üçün intihara əl atıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.