42
03:52
26 Dekabr 2015

Şəmkirdə yük qatarında yanğın oldu

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir şəhərində Gürcüstan Respublikasına məxsus 36 vaqondan ibarət xam neft məhsulu daşıyan qatarın 15-ci vaqonu qismən və 20 kv.m əraziyə dağılmış məhsul yanıb.

Digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.