28
03:32
26 Dekabr 2015

ABŞ təyyarəsi məcburi eniş etdi

ABŞ-a məxsus "Commutair" şirkətinin təyyarəsi Roçester şəhərinin hava limanında məcburi eniş edib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, mühərriklərinin birində yaranan nasazlıq səbəbindən təyyarə hava limanına qayıdıb.

Təyyarənin Roçester-Vaşinqtona marşrutu ilə uçduğu bildirilir. Göyərtədə olan sərnişinlərin sayı və zərərçəkənlər barədə hələlik məlumat verilmir.