103
18:15
25 Dekabr 2015

"Naxçıvanbank"ın müştəriləri kredit borclarını köhnə məzənnə ilə ödəyəcək

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin kompensasiya edilməsi məsələləri müzakirə olunub.

Lent.az strateq.az-a istinadən xəbər verir ki, kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb. Bu məsələ ilə bağlı Ali Məclis sədri tapşırıq verib ki, Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin.

"Qafqazinfo" saytının yaydığı məlumatda isə bildirilib ki, sözügedən qərar yalnız "Naxçıvanbank"ın müştərilərinə aiddir. Naxçıvan Ali Məclisindən də adıçəkilən sayta xəbəri təsdiqləyiblər.