33
12:06
25 Dekabr 2015

Bakı sakini 15 min dollarını tələb edir - 8 İL SONRA

Bakı sakini 8 il əvvəl üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az -ın məlumatına görə, polisə müraciət edən Quliyev Şəmsəddin İbrahim oğlu bildirib ki, 2007-ci ildə 2 nəfər ondan 15 min dollar alıb.

Ş.Quliyev Həsən və Əhməd adlı şəxslərə 15 min dollar verərək Badamdar qəsəbəsində 6 sot torpağın onun adına rəsmiləşdirilməsini istəyib. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyib və pulu mənimsəyib.

Müraciət əsasında araşdırma aparılır.