28
10:32
24 Dekabr 2015

Ərəbistanda xəstəxanadakı yanğında 25 nəfər ölüb

Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan əyalətində xəstəxanalardan birində güclü yanğın baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin mülki müdafiə xidməti 25 nəfərin öldüyü, 100-dən çox insanın xəsarət alması barədə məlumat yayıb.

Yanğının yayılmasının qarşısı alınıb. Xəsarət alan şəxslərin hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Yanğının baş vermə səbəbləri müəyyənləşdirilir. Faktla bağlı cinayət işinə başlanıb.