36
05:11
24 Dekabr 2015

Hakerlər Çexiyanın baş nazirinin "Twitter" səhifəsini dağıtdı

Naməlum şəxslər Çexiyanın baş naziri Boquslav Sobotkanın "Twitter" səhifəsini dağıdıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, Çexiya Nazirlər Kabinetinin mətbuat katibi Martin Ayer jurnalistlərə müsahibəsində qeyd edib ki, səhifəni dağıdan hakerlər orada neonasist çağırışlar və baş nazirin ünvanına nalayiq ifadələr yerləşdirib.

Baş nazirin akkauntunun dağıdılması ilə bağlı naməlum cinayətkarlara qarşı cinayət işi açılıb.