33
15:40
23 Dekabr 2015

Rusiya və Ermənistan hava hücumundan müdafiə sistemlərini birləşdirdi

Moskvada Rusiya və Ermənistan müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdəSergey Şoyqu və Seyran Ohanyan Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqqında müqavilə imzalayıblar.


Görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub.