28
13:14
23 Dekabr 2015

Şabranda qadın faciəvi şəkildə öldü

Şabranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 22-də Şabran rayonunun Dəvəçi kəndində yaşayan Bənzər Yaqubova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq qadın ölüb.

Araşdırma aparılır.