34
07:12
23 Dekabr 2015

Üç gün uçqun altında qalan kişi xilas edildi

Çinin cənubunda güclü torpaq sürüşməsinə məruz qalmış Şençjen şəhərində xilasedicilər 67 saat uçqun altında qalmış sakini xilas ediblər.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində indiyədək 70-dən çox sakin itkin düşmüş hesab olunur.

Qeyd edək ki, Şençjendə torpaq sürüşməsi nəticəsində bir neçə yaşayış binası uçub.