31
04:14
23 Dekabr 2015

Niqabını açmadığı üçün 18 ay həbs cəzası aldı

Brüssel Cinayət Məhkəməsi Belçika vətəndaşı Stefani Catonu sənədlərin yoxlanılması zamanı niqabını açmaqdan imtina etdiyi və polislərə xəsarət yetirdiyi üçün 18 ay müddətinə azadlıqdan məhrum edilib. Lent.az -ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Belga agentliyi xəbər verir.

S.Cato 2012-ci ildə öz hərəkətləri ilə Brüsselin Molenbek-Sen-Jan kommunasında müsəlman gənclər arasında etirazların yaranmasına səbəb olmuşdur.

Sənədlərin yoxlanılması zamanı niqabını açmaqdan imtina edən müsəlman qız, baş zərbəsi bir polisin burnunu və iki dişini sındırıb. Polis məntəqəsində o daha bir neçə hüquq-mühafizə orqanlarının əməkdaşına xəsarət yetirib.

Polisə müqavimət göstədiyi üçün Stefano Cato 2,5mindən 7,2 min avroya qədər cərimə edib.