74
18:11
22 Dekabr 2015

Dövlət başçılarından İlham Əliyevə ad günü TƏBRİKİ

Çin Xalq Respublikasının Sədri Si Cinpin prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Lent.az -ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:

Hörmətli cənab Prezident,

Ad gününüz münasibətilə Sizə ən səmimi və xoş arzularımı bildirirəm.

Bu yaxınlarda Çinə çox uğurlu dövlət səfəri etdiniz. Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər, birgə maraq doğuran beynəlxalq və regional problemlər barədə Sizinlə geniş fikir mübadiləsi apararaq, mühüm ümumi nəticələrə gələ bildik. Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq, xalqlarımızın rifahına xidmət göstərəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Həmçinin Özbəkistanın prezidenti İslam Kərimov, Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko, Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov da prezident İlham Əliyevin ad gününü təbrik edib.