21
15:41
22 Dekabr 2015

Goranboyda ev yanıb

Goranboy rayonunda vətəndaşa məxsus ev yanıb.

Lent.az -ın FHN-nin saytına istinadən məlumatına görə, ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 60 kv.m sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.