19
14:23
22 Dekabr 2015

Xınalıq yolunda qar uçqunu: yol bağlandı

Bu gün Quba - Xınalıq yolunda qar uçqunu baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar uçqunu yolun 36 və 37-ci kilometrliyində qeydə alınıb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə Quba 6 saylı Yol İstismar Sahəsinin texnikası cəlb olunub. Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir.