89
12:03
22 Dekabr 2015

İstanbulda 2 qadın terrorçu öldürülüb

Türkiyə polisinin İstanbulun Qaziosmanpaşa rayonunda keçirdiyi anti-terror əməliyyatı nəticəsində PKK terror təşkilatının 2 qadın üzvü öldürülüb.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, əməliyyat terrorçuların məskunlaşdığı mənzildə keçirilib. Terrorçular polislərə atış açıblar. 4 polis əməkdaşı yüngül xəsarət alıb.