124
17:39
21 Dekabr 2015

Axsam.az-ın 3 yaşı tamam olur

Bu gün Axşam.az portalının fəaliyyətə başlamasından 3 il ötür. Lent.az -ın məlumatına görə, "5 Media" şirkətinə məxsus olan Axşam.az qısa müddət ərzində ölkənin populyar saytlarından birinə çevrilib. Portal ölkədə və dünyada baş verən maqazin, dəb, incəsənət və mədəniyyətlə bağlı son xəbərləri işıqlandırır, tanınmış insanlarla müsahibələr yayımlayır. Geridə qalan illər ərzində sayt xeyli sayda ziyarətçi kütləsinə yiyələnə bilib. Portal hazırda ölkənin ən çox oxunan internet resursları sırasındadır.