78
09:37
21 Dekabr 2015

Ər-arvad dəm qazından zəhərləndi

Zaqatalada ər-arvad dəm qazından zəhərlənib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd sakinləri, 1992-ci il təvəllüdlü Rauf Əlibəy oğlu Kırtımov və onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Kəlmət Rəcəb qızı Kırtımova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, ər-arvad yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ər-arvadın vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.