56
05:44
20 Dekabr 2015

Liftdə 7 nəfər qaldı

Bakının Nizami rayonunda 7 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.