26
03:41
19 Dekabr 2015

Obama 40 illik qadağanı ləğv etdi

ABŞ prezidenti Barak Obama Konqresin 2016-cı il üçün təsdiqlədiyi federal büdcəni imzalayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

Büdcəyə əsasən xam neft ixracına olan 40 illik qadağa ləğv olunub.

Qeyd edək ki, ABŞ-dan xam neftin xaricə tədarükünə qadağa 1975-ci ildə qoyulmuşdu. Bu hüquqi-normativ akt Yaxın Şərqdə münaqişə nəticəsində yaranmış enerji böhranı dövründə, ərəb ölkələri tərəfindən 1973-cü ildə Qərb ölkələrindən neftin tədarükünə qoyulan embarqodan sonra tətbiq edilmişdi.