39
20:17
18 Dekabr 2015

Masallıda 10 yaşlı qız yandı

Masallıda azyaşlı qızın yanması ilə nəticələnən hadisə baş verib.

Səhiyyə Nazirliyinin Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınından APA -nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Türkoba kəndində qeydə alınıb.

Su qızdırıcı cihazın partlaması səbəbindən müxtəlif dərəcəli yanıq xəsarətləri alan kənd sakini, 2005-ci il təvəllüdlü Gülnar Dəyanət qızı Hacızadə dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona burada müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir.