52
21:25
18 Dekabr 2015

Şirvanda avtomobillə vurulan piyada öldü - YENİLƏNİB

Şirvan şəhərində avtomobillə vurulan piyada ölüb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün avtomobillə vurularaq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən 1949-cu il təvəllüdlü Soltanova İntizar Məhəmməd qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Şirvan şəhərində piydanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, həmin ünvanda yaşayan 1949-cu il təvəllüdlü Soltanova İntizar Məhəmməd qızı naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Açıq kəllə-beyin travması, çoxsaylı sınıq xəsarətləri alan qadın Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Hazırda naməlum avtomobilin və sürücünün axtarışları davam etdirilir.