31
18:26
18 Dekabr 2015

Türkiyədə telekanalda yanğın: 4 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Kanal G televiziyasının zirzəmisində yanğın hadisəsi baş verib.

APA-nın “Milliyət”ə istinadən verdiyi xəbərə görə, yanğın vaxtı 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Kanal G televiziyasındakı yanğının hansı səbəblərdən baş verdiyi məlum deyil.

Mətbuatın yazdığına görə, yanğından əvvəl partlayış səsi eşidilib və bundan sonra yanğın başlayıb.

Qeyd edək ki, Kanal G ilk dəfə Giresun şəhərində fəaliyyətə başlayıb.