22
15:26
18 Dekabr 2015

Şirvanda zəlzələ oldu

Bu gün yerli vaxtla saat 14:14:32-də Şirvanda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az -a verilən məlumata görə, Şirvan şəhərindən 13km cənub-şərqdə qeydə alınan zəlzələnin maqnitudası 3.0, dərinliyi 16 km olub.

Zəlzələ hiss olunmayıb.