29
13:22
16 Dekabr 2015

Bakıda məktəblini bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB

Bakıda məktəblini bıçaqlayan şəxs tutulub. Lent.az -ın məlumatına görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-də 15 yaşlı Kamran Abbaszadəyə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Kənan Qasımov saxlanılıb.

*****

15 dekabr 12:10

Bakıda 15 yaşlı oğlan bıçaqlanıb. Lent.az -ın məlumatına görə, hadisə Yasamal rayonunda baş verib. 2000-ci il təvəllüdlü Abbaszadə Kamran Kamil oğlu naməlum şəraitdə şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Qeyd edək ki, K.Abbaszadə orta məktəb şagirdidir. Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.