123
01:48
03 Dekabr 2015

Braziliyada prezidentə qarşı impiçment qərarı

Braziliya parlamenti prezident Dilma Ruseffə qarşı impiçment proseduruna başlayıb.

APA-nın The Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Braziliya parlamentinin aşağı palatasının sədri Eduardu Kunya bildirib.

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən Rusefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Braziliyanın Hesablama Palatası ölkə prezidenti Dilma Russefin fəaliyyətində qanun pozuntusu aşkarlamışdı.