32
12:53
30 Noyabr 2015

"Yeni Üfüq" Şamaxıda tədbir keçirib

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı da “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı tədbir keçirib. Birlikdən Lent.az -a verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir: “Məhz bu səbəbdən insanların mənəviyyatı, əxlaq normaları və baxışları ilə bağlı mütərəqqi adət və ənənələrin yaradıcısı xalq hesab olunur. Bu irsi gələcəyə çatdıran isə gənclərdir və ailələr bu mənada onların təlim və tərbiyəsinə xüsusi diqqət yetirməlidir”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək deyib ki, bu gün dini kimliyimizlə bərabər milli kimliyimizi də qorumalıyıq: “Ancaq bu gün dini alətə çevirərək dünyada vəhşi müsəlman obrazı formalaşdıran güc mərkəzlərinə Azərbaycanda da öz məkrli planlarını həyata keçirməyə fürsət verməməliyik. Hamılıqla dövlətin yanında olmağa imanımızla borcluyuq. Qarabağın azadlığı da dövlətimizin, ərazi bütövlüyümüzün, o cümlədən mənəvi dəyərlərimizin mühafizə olunmüsınadan keçir”.

Qeyd edək ki, tədbirdə Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, Şamaxı şəhər “Cümə məscidi” dini icmasının sədri Akif Hüseynov və başqa iştirakçılar çıxış ediblər.